Azərbaycan Dövlət İnformasiya Agentliyi

Səfir: Zamanı gəldikdə Şuşada Türkiyənin konsulluğu açılacaq

10.05.2024 [13:00]

Xankəndidə konsulluğun açılması üçün şəhərin hazır olmasını gözləyirik.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı jurnalistlərə açıqlamasında deyib. "Xankəndidə konsulluğun açılması üçün şəhərin hazır olması lazımdır. Biz Şuşada konsulluq açmaq üçün müraciət etmişdik. Bu məsələ ilə bağlı danışıqlar da iki dövlət arasında aparılır, dövlətimiz də bu məsələni dəyərləndirir, zamanı gələndə açılacaq", - səfir deyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI