Cahit Bağcı: Türk şirkətləri Qarabağda aparılan bərpa-quruculuq işlərində fəal iştirak edirlər
10.05.2024 [13:12]
Xəbərin mətni
Qarabağda aparılan bərpa -quruculuq işlərində türk şirkətləri fəal iştirak edirlər. Türk şirkətləri işğaldan azad olunmuş bölgələrdə, sadəcə, dəmir və avtomobil yolları tikmir, eyni zamanda, tunellərin, su anbarların inşasında, aqroparkların yaradılmasına da iştirak edirlər.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı deyib.