İQTİSADİYYAT


Nərimanov rayonunda Əhməd Rəcəbli küçəsinin bir hissəsi təmir olunur

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlərin icrası davam edir. Bu çərçivədə hazırda təmir işləri Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində aparılır.
Təmir çərçivəsində uzunluğu 910 metr təşkil edən küçə boyu frezlənmə, vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə zəruri yerlərdə piyada səkilərinin bərpası işləri yerinə yetirilib.
Hazırda küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.