Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Pakistan Prezidenti Muxtar Babayevi qəbul edib

10.05.2024 [18:47]

Xəbərin mətni

Pakistan Prezidenti Asif Əli Zərdari Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayevi qəbul edib.
AZƏRTAC xəbər verir ki, Prezident Asif Əli Zərdari Azərbaycanı COP29-a sədrliyi münasibətilə təbrik edib və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının inkişaf etməkdə olan ölkələrin iqlimlə bağlı maliyyə ehtiyaclarına dəstək olacağına ümid etdiyini söyləyib.