Prezident İlham Əliyev: Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı elan olunması müsəlman dünyasının Azərbaycana hörmətinin əlamətidir
11.05.2024 [16:49]
Xəbərin mətni
Şuşa şəhəri İslam dünyasının mədəniyyət paytaxtı elan olunmuşdur. Bu qərara görə ICESCO-ya, onun rəhbərliyinə, ICESCO-ya üzv ölkələrə - qardaş ölkələrə öz təşəkkürümü bildirmək istəyirəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında çıxışı zamanı deyib.