“GÜNÜN MÖVZUSU”: Dövlət başçısının Qarabağa səfəri: Şuşalılarla görüş
11.05.2024 [17:14]
Mayın 10-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qarabağa səfər etdilər. Dövlət başçısı və birinci xanım bır sıra açılışlarda iştirak etdilər, görülən işlərlə tanış oldular. Digər əlamətdar hadisə isə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şuşaya köçmüş ilk sakinlərlə görüşü oldu. Dövlət başçısı şuşalılar qarşısında çıxış edərək önəmli məqamlara toxundu. Bununla bağlı müzakirəmizi studiyamızın qonağı Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü Tahirə Allahyarova ilə etdik.