İQTİSADİYYAT


Cəlilabadda çiyələyin qiyməti ucuzlaşıb

Cəlilabad rayonunda çiyələyin qiyməti ucuzlaşıb. Mövsümün əvvəlində 5-7 manata satılan bu məhsul hazırda bazarlarda kiloqramı 1 manat 50 qəpiyə təklif edilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məhsulun qiymətinin bu qədər aşağı enməsi fermerlər üçün gözlənilməz olub.