Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hərbi qulluqçular arasında beşnövçülük üzrə yarışlar keçirilib

13.05.2024 [14:06]

Xəbərin mətni

2024-cü ilin hazırlıq planına uyğun olaraq, Quru Qoşunlarında hərbi qulluqçular arasında "Hərbi beşnövçülük" üzrə birincilik yarışları keçirilib.
Yarışın açılış mərasimində əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Çıxış edənlər iştirakçılara uğurlar arzulayıb, bu cür yarışların keçirilməsində əsas məqsədin hərbi qulluqçuların fiziki və psixoloji dözümlülüyünün yoxlanılması, eləcə də güclü komandaların müəyyən edilməsi olduğunu qeyd ediblər.