Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Qurban Yetirmişli: Azərbaycanda dağıdıcı zəlzələ ehtimalı yoxdur

13.05.2024 [14:10]

Xəbərin mətni

Ölkə ərazisində litosferdə gedən geodinamik hərəkətlər zəlzələ ocaqlarında xırda təkanlara səbəb ola bilər. Lakin dağıdıcı zəlzələ ehtimalı yoxdur. Təkanlar arasında hiss edilənlər ola bilər ki, bu da qorxulu deyil.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli jurnalistlərə müsahibəsində deyib.