ORDU


Heydər Əliyev adına Hərbi İnstitutda “Açıq qapı” günü keçirilib

Milli Müdafiə Universitetinin təşkilatçılığı ilə hərbi peşə seçiminə maraq göstərən və buraxılış imtahanlarında yüksək bal toplamış abituriyentlər, onların valideynləri, yaxınları, ictimaiyyət və media nümayəndələrinin iştirakı ilə Heydər Əliyev adına Hərbi İnstitutda “Açıq qapı” günü keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə hərbi institutun qərargahı qarşısında ucaldılan xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, qarşısına gül dəstələri qoyulub, xatirəsi hörmət və ehtiramla anılıb.