SİYASƏT


AZƏRTAC XƏBƏR VERİR: Dövlət Komitəsi Xocalıya sakinlərin köçürüləcəyini açıqlayıb

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yaxın günlərdə Xocalıya sakinlərin köçürüləcəyini açıqlayıb. Dövlət Komitəsinin Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Mirzəyevin sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır. Yaxın günlərdə Xocalı şəhərinə 50 ailənin köçürülməsi nəzərdə tutulur.