İDMAN


Qurban Qurbanov: Futbolumuzun inkişafı üçün müəyyən planlarımız var

Maraqlı görüş oldu. Gələcəkdə həyata keçirmək istədiyimiz ümumi planlarla bağlı danışdıq. Diqqət ayırmalı olduğumuz mövzular barədə müzakirələr aparıldı.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qurban Qurbanov AFFA-nın İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.