Baramaçı: Zəhmət tələb edən iş olsa da, gəlirli sahədir
15.05.2024 [12:26]
Xəbərin mətni
Son illər respublikamızda baramaçılıq aqrar sektorun gəlirli sahələrindən biri kimi inkişaf etdirilir. Artıq ölkəmizin 40-dək bölgəsində insanlar baramaçılıqla məşğul olaraq, bu sahədən yaxşı gəlir götürürlər. Baramaçılıq regionlarda yaşayan əhalinin məşğulluğunun artırılmasına, onların sosial rifahının yüksəldilməsinə xidmət edir. Bu sahənin inkişafı kənd əhalisi üçün əlavə qazanc və yaxşı güzəran deməkdir.