İQTİSADİYYAT


Yenidən qurulan Xankəndi-Şuşa-Laçın yolu üzərində 4 tunel, 2 körpü inşa olunacaq

Xankəndi-Şuşa-Laçın avtomobil yolunun yenidən qurulması layihəsi üzrə tikinti işləri davam etdirilir. Yeni tunellər inşa olunacaq, sərt döngələr ləğv ediləcək, nəticədə yol 9,2 kilometr qısalacaq.
Yolda aparılan tikinti işləri barədə AZƏRTAC-ın bölgə müxbirinə məlumat verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi Qəzənfər Səfərov bildirib ki, ikinci texniki dərəcəyə uyğun layihələndirilən yolda iki hərəkət zolağı olacaq. Mövcud yolun uzunluğu 43,2 kilometrdir. Yeni layihə üzrə yolun uzunluğu isə 34 kilometrdir.