İQTİSADİYYAT


Turşsu qəsəbəsində ilk mərhələdə 50 evin inşası nəzərdə tutulur

Şuşa rayonunun Turşsu qəsəbəsində birinci mərhələdə 50 ev inşa olunacaq. Ümumilikdə isə qəsəbədə 353 evin tikintisi nəzərdə tutulur.
AZƏRTAC-ın bölgə müxbiri Turşsu qəsəbəsinə gedərək, həyata keçirilən tikinti işləri ilə maraqlanıb. Layihə rəhbəri Elnur Abdullayev bildirib ki, Şuşa rayonu inzibati ərazisinə daxil olan Turşsu qəsəbəsi Kiçik Kirs dağının ətəyində, dəniz səviyyəsindən 1938 metr hündürlükdə yerləşir. Yenidənqurma layihəsinə əsasən Turşsu qəsəbəsinin ümumi sahəsi 126,46 hektar olacaq. Birinci mərhələdə 79,37 hektar sahədə yenidənqurma işləri aparılacaq. Qəsəbəyə ilkin mərhələdə 50 ailə, və ya 202 nəfər köçürüləcək.