Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Prezident İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik

17.05.2024 [00:49]

Xəbərin mətni

Belarus şirkətlərini Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştirak etməyə dəvət etmişəm. Hazırda gördüyümüz və həyata keçirəcəyimiz işlərin miqyası çox genişdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenko ilə mətbuata bəyanatında söyləyib.