“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açır
18.05.2024 [17:17]
Xəbərin mətni
Azərbaycanda fəaliyyət göstərən və dünyaca məşhur “Coca-Cola” şirkətinin sərinləşdirici içki məhsullarını istehsal edən “Azerbaijan Coca-Cola Bottlers” MMC-nin yeni investisiya planlarına uyğun olaraq, qurumun ölkədə ikinci istehsal müəssisəsinin təməlqoyma mərasimi keçirilib. Tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov və “Azerbaijan Coca-Cola Bottlers” MMC-nin baş direktoru Rəna Məmmədova iştirak ediblər.