İQTİSADİYYAT


Gürcüstana 20 konteynerdən ibarət qatar yola salınıb

Bu gün 20 konteynerdən ibarət qatar Gürcüstana yola salınıb.

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Dəmir Yollarının (ADY) Yük daşımaları departamentinin rəhbəri Emil Əhmədov bildirib.

O qeyd edib ki, Orta Dəhlizin vacib seqmenti hesab olunan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstan hissəsində 184 kilometrlik hissəsində aparılmış təmir-bərpa, rekonstruksiya və genişləndirmə işləri artıq yekunlaşıb. Bu gündən etibarən BTQ dəmir yolu xətti üzrə yükdaşımalara start verilir.