İDMAN


Bakıda güləş üzrə Avropa çempionatının açılış mərasimi keçirilib

Bakıda 23 yaşadək güləşçilər arasında təşkil olunan Avropa çempionatının açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Bakı İdman Sarayında reallaşan tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, Dünya Güləş Birliyinin (UWW) büro üzvü Namiq Əliyev idmançılara uğurlar arzulayıb. O, bu cür yarışın ölkəmizdə keçirilməsinin müsbət addım olduğunu bildirib. N. Əliyev Bakı və İstanbuldakı təsnifat turnirlərində "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya qazanan idmançıların uğurlarını xatırladıb.