Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Hidayət Heydərov dünya çempionatının qalibi olub

20.05.2024 [23:39]

Xəbərin mətni

Azərbaycan cüdoçusu Hidayət Heydərov Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında qızıl medal qazanıb.
AZƏRTAC xəbər verir ki, 73 kiloqramda mübarizə aparan idmançı finalda vaxtın bitməsinə 10 saniyə qalmış rəqibi Tatsuki İşiharanı (Yaponiya) ipponla məğlub edib.