Azərbaycan Dövlət İnformasiya Agentliyi

Malayziyada Ulu Öndər Heydər Əliyevə həsr olunan şahmat turniri təşkil edilib

21.05.2024 [11:03]

Xəbərin mətni

Azərbaycanın Malayziyadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilən şahmat turniri keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, Malayziya Şahmat Federasiyasının təşkilatçılığı ilə ölkənin nüfuzlu ali təhsil ocaqlarından biri olan Sibercava Universitetində keçirilmiş yarışda (FIDE Event ID 367929 ) fərqli yaş qruplarından 98 şahmatçı iştirak edib.