Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

AZƏRTAC XƏBƏR VERİR: Şəxsiyyəti müəyyənləşdirilən daha iki şəhidimiz torpağa tapşırıldı

21.05.2024 [20:05]

30 ildən sonra daha bir şəhidimiz torpağa tapşırılıb. Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhidlərdən biri, Xasiyev Elşən Nəzərəli bu gün Bakıxanov qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub.
Bu yaxınlarda nəşinin qalıqları tapılan şəhidlərdən biri də Arif Ələkbər oğlu İmaməliyevdir. Bu gün şəhidlə vida mərasimi keçirildikdən sonra nəşi Bakının Yeni Suraxanı rayonundakı Şəhidlər xiyabanında torpağa tapşırılıb.