Azərbaycanın Vatikandakı səfirliyi Müstəqillik Günü ilə bağlı rəsmi qəbul təşkil edib
22.05.2024 [20:32]
Xəbərin mətni
Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyi 28 May - Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın İtaliyadakı Mədəniyyət Mərkəzində keçirilən mərasimdə Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov 106 il öncə - 1918-ci il mayın 28-də Azərbaycanda İstiqlal Bəyannaməsi qəbul edilərək müsəlman dünyasında ilk dünyəvi demokratik cümhuriyyət, o cümlədən çoxmillətli parlamentin və hökumətin qurulduğunu bildirib.