SİYASƏT


İtaliyada Azərbaycanın Müstəqillik Günü qeyd olunub

Azərbaycanın İtaliyadakı səfirliyi 28 May - Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Mədəniyyət Mərkəzində keçirilən mərasimdə İtaliyanın dövlət rəsmiləri, senator və deputatlar, diplomatik korpusun, işgüzar və akademik dairələrin nümayəndələri iştirak ediblər. Əvvəlcə iki ölkənin Dövlət himnləri səsləndirilib.