Azərbaycanın Müstəqillik Günü Pakistanda qeyd olunub
25.05.2024 [16:39]
Xəbərin mətni
Azərbaycanın Pakistandakı səfirliyi 28 May - Müstəqillik Günü münasibətilə İslamabad şəhərində rəsmi qəbul keçirib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə hər iki ölkənin himni səsləndikdən sonra Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov 106-cı ildönümü qeyd olunan və müsəlman Şərqində ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi müstəqillik yolundan danışıb.