SİYASƏT
AZƏRTAC XƏBƏR VERİR: Prezident Dövlət Mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb
27.05.2024 [19:11]
Texnika və mədəniyyət sahələrində dörd nəfərə Dövlət Mükafatı verilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncan imzalayıb. Sərəncama əsasən, Dövlət Mükafatı texnika sahəsi üzrə “Xüsusi təyinatlı sürtkü yağlarının yaradılması və istehsalının təşkili” kompleks elmi-texniki işinə görə Vaqif Fərzəliyev, Həqiqət Cavadova və Əfsun Sucayevə, mədəniyyət sahəsi üzrə isə teatr rejissorluğu sahəsində fəaliyyətinə görə Mehriban Ələkbərzadəyə verilir.