SİYASƏT
Moldovada Azərbaycanın Müstəqillik Günü qeyd olunub
28.05.2024 [13:29]
Xəbərin mətni
Moldovanın paytaxtı Kişineuda Azərbaycanın Müstəqillik Günü münasibətilə “Radisson” hotelində qəbul təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın bu ölkədəki səfirliyinin təşkilatçılığı ilə keçirilən təntənəli tədbirdə Moldovanın daxili işlər naziri Adrian Efros, Kişineuda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Moldova Parlamentinin deputatları, xarici ölkələrin səfirlikləri, ictimai-siyasi xadimlər, diplomatlar, diaspor fəalları iştirak ediblər.