Azərbaycan diplomatları Cümhuriyyətin qurucularının Fransadakı məzarlarını ziyarət ediblər
28.05.2024 [13:40]
Xəbərin mətni
Azərbaycan Xalq Cümhuriyyətinin 106-cı ildönümü münasibətilə Fransadakı diplomatlarımız Paris Sülh Konfransına qatılmış, ancaq sonradan Vətənə qayıda bilməyən Cümhuriyyət qurucularının xatirəsini yad edərək, onların Paris ətrafındakı qəbirlərini ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, Paris yaxınlığında Sən-Klu (Saint Cloud) qəbiristanlığında uyuyan Xalq Cümhuriyyəti parlamentinin, eləcə də Paris Sülh Konfransında nümayəndə heyətinin sədri Əlimərdan bəy Topçubaşovun və milli hökumətin rəsmi mətbu orqanı “Azərbaycan” qəzetinin naşiri, Azərbaycanın məşhur bəstəkarı Üzeyir Hacıbəylinin qardaşı və nümayəndə heyətinin üzvü Ceyhun Hacıbəylinin xatirəsi yad edilib, məzarları üzərinə əklil qoyulub.