İDMAN


Azərbaycanın paraatletika üzrə milli komandası Vətənə dönüb

Yaponiyanın Kobe şəhərində təşkil edilən dünya çempionatında tarixi uğura imza atmış paraatletika üzrə Azərbaycan milli komandası Vətənə dönüb.
AZƏRTAC xəbər verir ki, yığma üzvlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda Milli Paralimpiya Komitəsinin nümayəndələri, media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar.