Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağdam rayonunun Güllücə kəndinin təməli qoyulub

28.05.2024 [17:41]

Xəbərin mətni

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Ağdam rayonunun Güllücə kəndinin təməlini qoyub.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına layihə barədə məlumat verildi.
Qeyd olundu ki, Güllücə kəndində yaşayış təxminən XIX əsrin ortalarına təsadüf edir. Kənddə 988 ailə - 4003 nəfər rəsmi qeydiyyatda olub. Əhalinin əsas məşğuliyyəti əkinçilik, üzümçülük, baramaçılıq və heyvandarlıq olub. İşğal dövrünə qədər kənddə məktəb, uşaq bağçası, tibb məntəqəsi, mədəniyyət evi, kitabxana, üzüm emalı zavodu, ərzaq mağazası, aptek, maşın-traktor parkı, kənd təsərrüfatı məhsulları anbarı, mal ferması və üzüm bağları var idi.

Bölmənin digər videoları