Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın Müstəqillik Günü Vaşinqtonda qeyd olunub

29.05.2024 [12:44]

Xəbərin mətni

ABŞ-dəki azərbaycanlı icmasının iştirakı ilə Vaşinqton şəhərində Azərbaycan Respublikasının Müstəqillik Günü qeyd edilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın ABŞ-dəki Səfirliyinin təşkil etdiyi tədbirdə 200-dən çox icma üzvü iştirak edib.
Səfir Xəzər İbrahim bildirib ki, bu il ilk dəfə Azərbaycan xalqı Müstəqillik Gününü ərazi bütövlüyü tam bərpa edilmiş şəkildə qeyd edib.