SİYASƏT
Strasburqda Müstəqillik Günü qeyd olunub
29.05.2024 [15:04]
Xəbərin mətni
28 May – Müstəqillik Günü Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə Strasburqda təntənəli şəkildə qeyd olunub.
AZƏRTAC xəbər verir ki, Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç və təşkilatın digər rəsmiləri, habelə diplomatik korpusun, Azərbaycanın və yerli ictimaiyyətin nümayəndələrinin qatıldığı tədbir musiqi təhsilini Parisdə davam etdirən istedadlı azərbaycanlı pianoçu Eldəniz Ələkbərzadənin ifasında Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.