Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Bağdadda Müstəqillik Günü münasibətilə tədbir keçirilib

29.05.2024 [15:31]

Xəbərin mətni

Azərbaycan Respublikasının İraqdakı səfirliyinin təşkilatçılığı ilə Bağdad şəhərində 28 May – Müstəqillik Günü münasibətilə təntənəli bayram tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət himnləri səsləndikdən sonra Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov çıxış edərək, 106-cı ildönümü qeyd olunan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) tarixindən danışıb.