İDMAN


Avropa Liqasında mövsümün ən yaxşı qolu müəyyənləşib

UEFA Avropa Liqasında 2023-2024-cü illər mövsümünün ən yaxşı qolu bəlli olub. AZƏRTAC UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, azarkeşlər arasında keçirilən səsvermə nəticəsində İngiltərənin "Vest Hem" klubunun hücumçusu Məhəmməd Kudusun Almaniyanın "Frayburq" komandasına vurduğu qol ən yaxşı seçilib. Turnirin 1/8 final mərhələsinin cavab matçına təsadüf edən həmin qarşılaşma London təmsilçisinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Avropa Liqasının qalibi İtaliyanın “Atalanta” klubu olub.