SİYASƏT


Azərbaycanın Müstəqillik Günü Limada da qeyd olunub

Azərbaycanın müstəqilliyinin 106-cı ildönümü Perunun paytaxtı Limada təntənəli şəkildə qeyd olunub.
Ölkəmizin Meksikadaki səfirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə səfir Məmməd Talıbov çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin 106 il əvvəl Şərqdə ilk dünyəvi və parlamentli respublika kimi qurulduğunu vurğulayıb. O, həmçinin Azərbaycanın 30 illik hərbi təcavüzünə son qoyduqdan və separatizmi tam məğlubiyyətə uğradandan, suverenliyini bərpa etdikdən sonra Müstəqillik Gününü ilk dəfə qeyd etdiyini bildirib.