Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRTAC XƏBƏR VERİR: Xocalı sakinlərinə yeni evlərinin açarları təqdim olunub

29.05.2024 [19:02]

Xocalı şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün növbəti köç karvanı ilə Xocalıya çatan ailələrə yeni evlərinin açarları təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 24 ailə olmaqla, 88 nəfər Xocalı sakini doğma yurduna qovuşub.
Açarların təqdim edilməsi mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və digər şəxslər iştirak ediblər.