SİYASƏT


Xəzər İbrahim: Azərbaycan dünyaya və regiona sülh gətirmə ilə bağlı bir çox proseslərin mərkəzindədir

“Çox qürurlanıram ki, Azərbaycan dünyaya və regiona sülh gətirmə ilə bağlı bir çox proseslərinin mərkəzindədir”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim səfirliyin təşkilatçılığı ilə Vaşinqtonda 28 May - Müstəqillik Gününə və 26 İyun – Silahlı Qüvvələr Gününə həsr olunmuş qəbulda çıxışı zamanı deyib.