İQTİSADİYYAT


Bakı Enerji Həftəsində 37 ölkədən 300-dək şirkət iştirak edəcək

“Bakı Enerji Həftəsi” iyunun 4-dən 6-dək keçiriləcək. Xəzər regionunda neft-qaz sahəsi və enerji sektorunun ən mötəbər tədbiri olan Bakı Enerji Həftəsi 29-cu Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisi, 12-ci Xəzər Beynəlxalq “Energetika və Yaşıl Enerji” sərgisi və Xəzər Neft və Qaz Konfransının xələfi olan 29-cu Bakı Enerji Forumunu bir araya gətirir. Hər il keçirilən “Caspian Oil & Gas” sərgilərində neft-qaz sahəsinin ən yüksək səviyyəli rəhbər və mütəxəssisləri iştirak edirlər. Sərgi və konfrans iştirakçıları arasında qlobal neft və energetika sektorunun aparıcı şirkətləri yer alır.