Vaşinqtonda 28 May - Müstəqillik Gününə və 26 İyun - Silahlı Qüvvələr Günü qeyd olunub
30.05.2024 [16:41]
Azərbaycanın ABŞ-dakı səfirliyinin təşkilatçılığı ilə Vaşinqtonda 28 May - Müstəqillik Gününə və 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş qəbul keçirilib.
AZƏRTAC xəbər verir ki, qəbulda əvvəlcə hər iki ölkənin Dövlət himnləri səsləndirilib.
Daha sonra çıxış edən səfir Xəzər İbrahim ABŞ-la Azərbaycan arasında əməkdaşlığın dərin tarixə malik olduğunu deyib. Onun sözlərinə görə, iki ölkə arasında hər zaman mükəmməl əlaqələr mövcud olub. Səfir Müstəqillik Günü ilə bağlı ABŞ Prezidenti Cozef Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanladığını qeyd edərək bildirib ki, məktubda 30 ildən artıq tarixə malik diplomatik münasibətlər dövründə ABŞ ilə Azərbaycanın qarşılıqlı maraq kəsb edən güclü tərəfdaşlıq əlaqələri qurduğu qeyd edilib.