Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yeni un növləri satışa çıxarılacaq

30.05.2024 [18:30]

Bir neçə müddətdir ki, çörəyin qiymətində artım müşahidə olunmasa da, un satışında qiymətlər dəyişib. Belə ki, 50 kiloqramlıq unun qiyməti 25 manat 5 qəpikdən, 27 manat 35 qəpiyə yüksəlib. İqtisadi ekpert Eldəniz Əmirov bunun çörək satışında qiymətlərə təsir etməyəcəyini deyib. Həmçinin, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib ki, ölkəmizdə dəmirlə zənginləşdirilmiş un növləri satışa çıxarılacaq.