Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yeni yerüstü piyada keçidinin tikintisi davam edir

30.05.2024 [20:29]

Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə daha bir yerüstü piyada keçidi inşa edilir.
Yeni yerüstü piyada keçidi M4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 35.6-cı km-də tikilir.
Orta dayaqsız metal konstruksiyalı olan keçidin uzunluğu 40.5 metr, eni 3.5 metr, yol səviyyəsindən hündürlüyü isə 5.5 metr təşkil edir.