Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Laçın şəhərində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib

01.06.2024 [12:19]

Xəbərin mətni

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının birgə təşkilatçılığı ilə Laçın şəhərində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş kütləvi idman tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Laçın rayonunda fəaliyyət göstərən iki təhsil müəssisəsinin – şəhər 2 saylı və Zabux kənd tam orta məktəblərinin komandaları arasında mini-futbol oyunu keçirilib. Laçına qayıdışın başlanmasının birinci ildönümünə təsadüf edən tədbirdə təşkilatçı qurumların rəsmi şəxsləri, məktəblilər, valideynlər, ictimai fəallar iştirak ediblər.