İDMAN


Bakıda gimnastika hamı üçün növü üzrə ikinci beynəlxalq “Challenge” turnirinin açılış mərasimi olub

Bakıda gimnastika hamı üçün növü üzrə ikinci beynəlxalq “Challenge” turnirinin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Dənizkənarı Milli Parkda təşkil olunan tədbir iştirakçı komandaların paradı ilə başlayıb.

Gənclər və idman nazirinin müavini Mariana Vasileva gimnastika hamı üçün növünün Azərbaycanın 28 bölgəsində inkişaf etdiyini diqqətə çatdırıb. 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə turnirdə iştirak edən azyaşlı idmançıları təbrik edən nazir müavini yarışın əsl bayram ab-havasında keçdiyini söyləyib.

Kamerun Milli Olimpiya və İdman Komitəsinin vitse-prezidenti və Afrika Badminton Konfederasiyası Şurasının üzvü Odet Esembe Enqulu isə Bakıda olmaqdan xoşbəxt olduğunu bildirib.