Azərbaycan Dövlət İnformasiya Agentliyi

Avropa çempionatı: Azərbaycan millisi İtaliya komandasına qarşı

03.06.2024 [10:57]

Azərbaycanın minifutbol millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan Avropa çempionatında bu gün növbəti oyununa çıxacaq. AZƏRTAC xəbər verir ki, yığma İtaliya komandası ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək. Xatırladaq ki, ilk oyun dünən keçirib. Görüş milli komandamızın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Vüsal İsayev (2) və Samir Həmzəyev vurublar. Qeyd edək ki, bundan əvvəlki Avropa çempionatının qalibi məhz Azərbaycan yığması olub.