Qəbələdə beynəlxalq basketbol turniri başa çatıb
03.06.2024 [18:55]
Basketbolun 3x3 növü üzrə Dünya Qadın Seriyasının Qəbələ mərhələsinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, finalda "Barselona Panters"i 15:12 hesabı ilə məğlub edən İtaliya seçməsi yarışın qalibi olub.
Qeyd edək ki, Azərbaycan millisi 1/4 finalda, "Baku Fleyms" isə qrupda mübarizəni dayandırıb.