AZƏRTAC XƏBƏR VERİR: Ünvanlı sosial yardım proqramının əhatə dairəsi genişləndirilir
03.06.2024 [19:25]
Bugünədək 270 minə yaxın şəxs ünvanlı sosial yardım proqramı ilə əhatə olunub və bu yardımın əhatə dairəsi genişləndirilməkdədir. Həmçinin ünvanlı sosial yardım üçün müraciət mexanizmi daha da sadələşdirilir. Bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov bu gün keçirilən brifinqdə deyib.