İQTİSADİYYAT


AZAL-ın Rumıniyaya ilk reysinin həyata keçirilməsi ilə bağlı geniş tədbir olub

Tədbirdə Rumıniyanın hökumət nümayəndələri, aparıcı turizm şirkətlərinin nümayəndələri, diplomatik təmsilçilər, Rumıniyada yaşayan həmvətənlərimiz iştirak ediblər. Rumıniya hökumətinin baş katibi Mirçəa Abrudan qeyd edib ki, bu reysin açılması məhz Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti nəticəsində mümkün olub. M.Abrudan Rumıniyanın energetika naziri Sebastian Burdujanın Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olmağını və bu məsələni qaldırdıqda, Prezidentin dərhal tapşırıq verdiyini, bu layihənin səmərəli olduğuna inamını bildirib. O diqqətə çatdırıb ki, bu reysin açılması xalqlar arasında körpü rolu oynayacaq.