Təkcə Rusiya bazarlarına 900 TIR-dan çox Cəlilabad kartofu daşınıb - məhsul boldur
04.06.2024 [14:13]
Xəbərin mətni
Artıq bir aydan çoxdur ki, Cəlilabad rayonunda yazlıq faraş kartofun yığılması davam edir. Sahələrdən tədarük olunan məhsulun ixrac prosesində hər hansı ləngimə və ya problem yaşanmır. Fermerlər bildirirlər ki, mövsüm başlayandan indiyədək Rusiya bazarlarına 900 TIR-dan çox kartof daşınıb.