İQTİSADİYYAT


“Nobel Energy”: Xəzər dənizində əməliyyatlar aparmaq daha səmərəli və rahatdır

Neft hasilatında yeni texnologiyaların tətbiqi xərclərin 30 faiz azalmasına səbəb olur. Dərin sularda və dənizin dibindən neftin çıxarılması çox baha başa gəldiyi üçün yeni texnologiyalar mütləq lazımdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Nobel Energy” şirkətinin idarə heyətinin üzvü Riçard Daff Bakı Enerji Forumunda “Stereotipləri qıraraq: Enerji Həllərinin Formatlaşdırılması” mövzusundakı panel diskussiyasında deyib.