GÜNÜN MÖVZUSU: Bakı Enerji Həftəsi başlayıb
04.06.2024 [17:12]
Bu gündən Bakı Enerji Həftəsi öz işinə başlayıb və bu çərçivədə 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgiləri açılıb və Azərbaycan Prezidenti İlham Əliyev sərgilərin açılışında iştirak edib. Prezident İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl Cabir tədbir çərçivəsində Neftçala, Biləsuvar Günəş elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlini qoyublar. Müzakirəmizi elə bu istiqamətdə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayevlə davam edəcəyik.